Gəncədə döyülmə faktı qeydə alınıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Tural müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, T. Quliyev qayınatası tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.