Bakıda gənc qızı avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, metronun "Neftçilər" stansiyasının yaxınlığında 10-SG-125 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Nadirova Oksana Sabir qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Fakt araşdırılır.