Tovuz rayonunda toy mərasimində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin hamısı evə buraxılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanadan məlumat verilib.

Bildirilib ki, xəstəxanada zəhərələnmə diqanozu ilə müalicə alan xəstələrə lazımı tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Qeyd edək ki, Tovuz rayonunda yerləşən "Turan" şadlıq sarayında keçirilən toy mərasimində 51 nəfər zəhərlənib, onlardan 39-u xəstəxanada, 12-si isə hadisə yerində ambulator müalicə olunub.