Sumqayıt şəhəri ərazisindən qaçırılan avtobus Novxanı bağlar sahəsində saxlanılıb.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 7-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi "Otoyol M-29 markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib. ŞPİ DYPŞ və PPXT-nin əməkdaşları tərəfindən avtobusa "saxla işrəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü-şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.