Bakıda gənc qız status yazıb intihar etdi. O, çoxlu sayda dərman qəbul etdikdən sonra Facebook hesabından belə bir mesaj paylaşıb.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Belə ki, gənc qızın yazdığı statusdan göründüyü kimi anası ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb. O, işləmədiyi üçün ailəsində problem yaşadığını bildirib.
Nuranə Məmmədli adlı xanım bir neçə gün əvvəl işdən çıxdığını və buna görə özünü çox xoşbəxt hiss etdiyini bildirib.