Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.
Əməliyyat saat 16:20-də başa çatıb.