Yevlax rayonunda iki gün əvvəl Kür çayında batan uşağın meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Ferma deyilən ərazisində batmış Kəlbəcər rayon sakini, 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun cəsədi batdığı ərazidən 35-40 kilometr kənarda Kür çayının sahilində aşkarlanıb. Meyiti ərazidən keçən sakinlər tapıb və hüquq mühafizə orqanlarına xəbər veriblər.

Yevlax Rayon Prokurorluğundan report-a verilən məlumata görə, tapılan cəsədin üzərindən hər hansı bir zorakılıq əlaməti müəyyən olunmayıb. Hadisə bədbəxt hadisə kimi qeydə alınıb.