Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, sentyabrın 8-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Fəxrəddin Məmmədov idarə etdiyi "KamAZ markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Qəşəm Dünyamalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.