Lerikdə zəlzələ qeydə alınıb.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 sentyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnituda, 16 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.