Təhsil Nazirliyinin yaydığı rəsmi açıqlamaya əsasən sentyabr ayının 15-də Azərbaycanda yeni tədris ili başlayır.
İciami nəqliyyat tədris ilinə hazırdırmı? Marşrut və metronun qrafikində hər hansı bir dəyişiklik ediləcəkmi?
Unikal.org bununla bağlı aidiyyatı qurumların mətbuat xidmətləri ilə əlaqə saxlayıb.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a bildirib ki, bununla bağlı hələki əmr verilməyib: "Hər il müvafiq əmrə əsasən qrafikdə dəyişiklik edilir. Yeni tədris ili bağlı hələlik belə bir əmr yoxdur. Təhsil müəssisələrinin açıqlmasına bir neçə gün qalmış bununla bağlı əmr veriləcək.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev-in sözlərinə görə, həmin günü sərnişin sıxlığını nəzərə alaraq agentlik tərəfindən daşıyıcılara şifahi şəkildə xəbərdarlıq edilib ki, avobusların hərəkətinə və internvalına diqqəti artırsınlar: "Sentyabr ayının 15-də səhər və günorta saatlarında təhsil ocaqlarının yerləşdiyi ərazilərdə insan sıxlığı olacaq. Bu səbəbdən də Bakı Nəqliyyat Agentliyi tərəfindən marşrutlara nəzərət olunacaq ki, sərnişinlər problem yaratmasın. Şəhər sakinlərinə müraciət edirik ki, yeni dərs ili başlayan günü fərdi deyil, ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük versinlər ki, sıxlıq yaranmasın.
Həsən Babayev