Lester Universiteti (Böyük Britaniya) alimləri sübut edirlər ki, insanın yerişinin sürətindən ürək və damar xəstəliklərinin riskini təyin etmək olar.
Unikal.org saglamolun.az-a istinadən bildirir ki, araşdırmalar göstərib ki, asta-asta gəzən orta yaşlı insanlarda tez tempdə gəzən insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin inkişafı riski artmış olur.
Mütəxəssislər 6 il ərzində 420 727 orta yaşlı insana nəzarət edirdi. Məlum olub ki, asta-asta yeriyən qadın və kişilər ürək xəstəliklərindən daha tez-tez ölürdü.
Alimlərin fikrinə görə, yerişin sürəti insanın ümumi fiziki forma və fiziki davamlılıqla sıx əlaqəlidir. Bu göstərici isə ürəyin fəaliyyətindən xəbər verir.