Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər veror ki. toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.

Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

22:28

Lənkəranda toyda kütləvi dava olub, xəsarət alanlar var.

Unikal.org apa-ya istinadən xəbər verir ki.  hadisə Lənkəranın Vilvan kəndində, şadlıq saraylarının birində qeydə alınıb.

Qohumlar arasında baş verən davanın səbəbləri hələ ki, məlum deyil. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.