On iki gün öncə Mingəçevirdə sərnişin daşıyan mikroavtobusun vurduğu ahıl kişi xəstəxanada dünyasını dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə avqustun 27-də Mingəçevir-Yevlax (Aran qəsəbəsi) istiqamətində baş verib.

"Mercedes" markalı mikroavtobusun vurduğu şəhər sakini, 1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.