Beyləqanda yol qəzası qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Beyləqan rayonunda "VAZ və "QAZ markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq deformasiyaya uğramış "QAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:35-də başa çatıb.