Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev idarə etdiyi sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və mikroavtobusu aşırıb.

Nəticədə iki nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Ölənlər:

1946-cı il təvəllüdlü Teymur Zərbəliyev;

1993-cü il təvəllüdlü Gülzar Abbasova.

Yaralılar:

1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev;

1974- cü il təvəllüdlü Bəylər Dədəkişi oğlu Quluzadə;

1991- cu il təvəllüdlü Kamran Rail oğlu Ələkbərov;

1992- ci il təvəllüdlü Amil Məmməd oğlu Əhmədov;

1968- ci il təvəllüdlü Şəhla Məmmədağa qızı Abbasova;

1957- ci il təvəllüdlü Böyükkişi Böyükağa oğlu Ağayev;

1963 - cü il təvəllüdlü Zeynəb Sadıq qızı Novruzova;

1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov.

Qeyd edək ki, yaralılardan dördünün vəziyyətinin ağır oğlduğundan Bakıdakı özəl klinikalardan birinə köçürlüb.

12:37

Sabirabad rayonunda mikroavtobus aşıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.