Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqÂsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaÂya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-dən unikal.org-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılmış, onların 26 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri Gürcüstan vətənÂdaşları olÂublar.
Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
CinaÂyətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində AzərÂbaycan ResÂpublikası hüquq-mühafizə orqanları tərəfindən axtaÂrışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həÂyaÂta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqÂribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə, 22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepaÂratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqaÂmətində tədbirlər davam etdirilir.