FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-sən unikal.org-a bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.