Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Edelveys şirkətində oranın gözətçisi, 1963-cü il təvəllüdlü Cəlilov Tahir Sultan oğlunun meyiti tapılıb.

İlkin araşdırmadan sonra şirkət işçisinin ürək tutmasından vəfat etdiyi məlum olub.
Araşdırma aparılır.