Gəncədə avtomobil piyadanı vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Gəncə sakini Zeynalov Cəlal Nuşirəvan oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.