Azərbaycan çempionu "Qarabağ bu gün növbəti avrokubok matçını keçirib.
Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan "Qarabağ I turda "Çelsi ilə üz-üzə gəlib.
Görüş Londonun məşhur "Stemford Bric stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar "Tottenhemlə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. "Qarabağ Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.
İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
"Çelsi (İngiltərə) - "Qarabağ (Azərbaycan) - 6:0
Qollar:Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)