CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,86 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,76 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın11-də 51,08 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 11-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.