Bakıda 56 yaşlı daun xəstəsi itkin düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  paytaxtın Nizami rayon sakini, 1961-ci il təvəllüdlü Qüdrət Sabir oğlu Nəzərovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Q. Nəzərovun daun xəstəsi olduğu bildirilir.