Tovuzda Gəncə sakinini ilan sancıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Girzan kəndi yaxınlığında, Ceyrançöl adlanan ərazidə qeydə alınıb. İlan orada fəhlə işləyən Gəncə sakini, 1994-cü il təvəllüdlü Anar Hüseynovu ayağından sancıb. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.