Rusiyanın paytaxtı Moskvada əhali təşviş içində. Eyni vaxtda bomba xəbərdarlıqlarına görə, təxminən 10 mindən çox adam metro stansiyaları, ticarət mərkəzləri və universitetlərdən evakuasiya edilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, eyni vaxtda bir neçə obyektdə bombalı hücum edilməsi ilə bağlı polisə məlumat daxil olub. Polis eyni vaxtda xəbərdarlıq edilən metro stansiyaları, ticarət mərkəzləri və universitetlərdə yoxlamalara başlayıb. Bunun üçün sözügedən obyektlərdə olan insanlar evakuasiya edilib.

Polislər bomba eksperti itləri ilə binalara daxil olublar.