Ermənistan prezidenti Serj Sarkisyan qondarma "Dağlıq Qarabağ Respublikası"nda aprelin 2-dən 5-nə kimi cəbhədə gedən döyüşlər zamanı yaralanan əsgərlərinə baş çəkib.
Unikal.org xəbər verir ki, görüşdə qondarma qurumun rəhbəri Bako Sahakyanda olub. Sarkisyan yaralı əsgərlərini "igidliyə" görə mükafatlandırıb. Diqqət çəkən məqam isə Sərkisyanın pasteldə xəstə yatan yaralı əsgərini yerindən qaldırıb, özü oturmasıdır.