Şəmkirdə avtomobil piyadanı vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vurub.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.