Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.
Unikal.org xəbər verir ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.
Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.