Ucarda fərdi yaşayış evi yanıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axsam saatlarında şəhərin Oğuz küçəsində baş verib.
Rayon sakini, 1963-cı il təvəllüdlü Eyvaz Şıxəli oğlu Hacıyevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.
Ev sahibi yanıq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, ruhi xəstə olan E. Hacıyev evi özü yandırıb. Fakt araşdırılır.