Azərbaycanda uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiyanın təyin edilmə halları artırılıb.

Unikal.org bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilib.

Hazırda uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən bu qaydaların 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda tətbiq olunur.

Yeni dəyişikliyə əsasən, uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya qeyd edilən hallarla yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə də təyin edilə bilər. (trend.az)