Azərbaycanın ilk olimpiya çempionu, keçmiş cüdoçu Nazim Hüseynov təmsil etdiyi idman sahəsindən ayrılmasının səbəbini açıqlayıb.

Nazim Hüseynov unikal.org-a Azərbaycan Cüdo Federsiyasındakı bəzi şəxslərin mafiya yaratdığını və ona qarşı çıxdıqlarını iddia edib.

"Cüdo Federsiyasındakı bəzi şəxslər mafiya yaradıblar. Federasiyasının vitse-prezidenti Sadiq müəllim bir dəfə mənə zəng etmişdi ki, gəl gənclərdən ibarət milli komandanı çalışdır. Razılaşmadım. Bildirdim ki, böyüklərin milllisini çalışdırmaq üçün gələrəm, gənclərin millisini istəmirəm. Hazırda mən federasiyada icraəyə komitəsinin üzvüyəm. Əvvəldə də dediyim kimi böyüklərdən ibarət milli komandadakı idmançılar istəsə onlarla işləməyə hazıram. Hazırda federasiyadan baş verən hadisədən xəbərdar deyiləm. Ora mafiyadır, kimlərin hansı oyundan çıxdığını bilmirəm! Bəlkə də köhnə federasiyanın qalıqları da var. Etiraf edək ki, hazırki rəhbərlik idmançılara yaxşı pul buraxır, məşqlərini təmin edir deyə nəticələri də yaxşıdır. Əgər onlar nəticə verməsəydilər mən bir başa olaraq baş məşqçi olacaqdım. Amma düzünü deyək ki, cüdoçularımız dünya, Avropa çempionatlarından və İslam Oyunlarından yaxşı nəticələrlə qayıtdılar. Hazırda məni əsas milliyə yaxın buraxmırlar. İdmançıların hamısı istəyirdi ki, mən millidə olum, indi də istəyirlər. Ancaq bir-iki nəfər var ki, onların üzündən milliyə daxil ola bilmirəm. Ad çəkmək istəmirəm, ancaq onu deyə bilərəm ki, onlar federasiyanın köhnə rəhbərliyinə çalışır.

Keçmiş idmançı Avropa çempionu, İslam Oyunlarının qalibi Hidayət Heydərovun və məşqçisinin ona qarşı çıxdığını da deyib və bunun səbəblərini açıqlayıb:

"Hidayət Heydərov da mənə qarşı çaşdı. Onun ikinci şəxsi məşqçisi mənəm. Amma Avropa çempionatında nəticə verəndən sonra məni saymadı. Mən də "tüpürdüm hamısına. Başımı aşağı salıb sırf öz övladım Naim Hüseynovun üstündə çalışıram. Naimin uğur qazanması üçün əlimdən gələni edəcəm. Onu da mənim əlimdən alası deyillər. Əgər o nəticə qazanarsa, mükafatını azdan-çoxdan köməkliyi dəyən hər kəslə bölüşəcəm. Bəziləri "krisa kimi yığırlar. Bizim əziyyətimizi görməzdən gəldilər. İndiki məşqçilər çox yaxşı işləyir, düzdür işlərinə pis nəsə deyə bilmərəm. Amma onlar mükafat alarkən icrayyə komitəsini yaddan çıxarırlar. Bizə də hardasa 20-30 faiz mükafatdan pay düşməlidir. Bilmirəm onlar da köhnə federasiya ilə əldbirdir, ya yox. Dəqiq deyə bilmərəm. Lakin bizi unudurlar, mənim kimi bəzi şəxslərin əziyyətini görməzdən gəlirlər. Kim mükafat alır halal xoşu olsun, amma bəzilərinə köməlik də edə bilərlər. Onlar öz mafiyalarını fikirləşirlər, icrayyə komitəsində olanlardan heç kimə öz kömək əllərini uzatmırlar. Hidayyət Heydərovun nəticə verməsi üçün şəxsi məşqçisi Tərlan müəllimlə birlikdə mən də çalışmışam. O mənə yaxınlaşıb köməklik istəyirdi. Uşağı da sıxışdırırdılar. Tərlan Kərimovu özü mənə yaxınlaşıb dedi ki, "Hidayəti irəli çəkmək, qaldırmaq üçün köməklik et. Əgər o gedib nəticə verib mükafat olarsa sizin də məşqçi kimi hörmətiniz olunacaq. İkinci məşqçi kimi-¦ Hidayyət də, Tərlan da pulu götürən kimi hər şeyi yaddan çıxartdı. Həmin gündən onlara dedim mənə heç kim lazım deyil, öz övladım bəsdir-¦

Aygün İlqarqızı