Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Mustafayev Mövsüm Bağır oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.