Aşıq Ədalət Nəsibov dəfn olunub.

Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.

12:35

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilir.

Unikal.org report-a istinadən xəbər verir ki, mərhumla vida mərasimi Qazax Şəhər Mədəniyyət evindədir.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edir.

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.