Xəbər verdiyimiz kimi, boksçularımızı üzvü olduqları "Rabitə" Boks İdman Klubundan qovublar. İdmançıların kluba yaxın dura bilməməsinin səbəbi pul məsələsi imiş.
Boksçuların valideynlərinin Unikal.org-a bildirdiyinə görə, nazirlik yüksək icarə haqqı tələb edib. Klubun rəhbərliyi isə bu pulu ödəyə bilmədiyi üçün idmançılarla sağollaşmalı olub.
Valedeynlər həmçinin bildiriblər ki, belə bir şəraiti olan klubun bağlanması mənfi haldır:
"Övlalarımızın yarışlarını izləmək üçün bizə rahat şərait yaradılmışdı. Bundan əlavə rəhbərlik 30-a yaxın idmançının evindən zala gətirilməsi üçün maşın belə tutmuşdu.
Aygün İlqarqızı