Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb.
Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus "Toyota markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cüil təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.