Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mercedes markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi "Ford markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.