Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Şəki rayonu Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" və "UAZ" markalı avtomobillərinin toqquşması nəticəsində "Mersedes"də olan sərnişin Xatirə Məmmədova,"UAZ" markalı avtomobildə olan sərnişinlər Almaz Nürəddinova, Etibar Rənibov, Almaz Abdullayeva və Nəsibə Hüseynova bədən xəsarətləri alıblar.

Xəsarət alan sərnişinlər hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım maşını ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, bütün yaralıların vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.