Qazax rayonunda intihar məqsədi ilə özünü körpüdən atan qadının kimliyi məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, intihara cəhd edən qadın rayonun SU-15 qəsəbəsi sakini, 37 yaşl Yusibova Nəsibə Cavanşir qızıdır.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

N.Yusibovanın özünü körpüdən atmasının səbəbp hələlik məlum deyil.

16:03

Qazax rayonunda qadın özünü körpüdən atıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun "Dəmiryolu körpüsü" adlanan ərazisində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Təxminən 20-25 yaşlı qadının intihar etmək məqsədi ilə özünü körpüdən atdığı bildirilib. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alaraq Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun huşu özündə olmadığına görə kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.