"Atlas klinikasının 39 manatlıq "Check-Up xidmətindən istifadə edən vətəndaş 250 manat xərcə düşdüyünü deyir.
Unikal.org bildirir ki, bu barədə Azxeber.com-a Həsənov Mübariz adlı vətəndaşın yaxını Günel xanım məlumat verib. Vətəndaşın sözlərinə görə, dayısı Həsənov Mübarizin mobil telefonuna klinikadakı "Check-Up xidməti ilə bağlı məlumat gəlib. Məlumatda bütün "Check-Upın cəmisi 39 manata olduğu qeyd edilib.
Şikayətçinin sözlərinə görə, klinikaya müraciət edən vətəndaşın 39 manatlıq "Check-Upının sonda qiyməti 250 manata başa gəlib. Səbəb isə vətəndaşı bir-bir otaqlara göndərərək, "sizdə bu problem də var deyərək aldatmalarıdır.
Nəticədə 39 manatlıq "Check-Up üçün klinkaya gələn vətəndaş 250 manat verərək bir qara qəpiksiz geri qayıdıb:
"Check-Up üçün xəstəxanaya pul ödəndikdən sonra həkimlərin otaqlarına yönləndirirlər. Klinikada xəstələri bu qiymətə inandırsalar da, 150-200 AZN arası xərcləri çıxır. Çünki xəstənin ödədiyi paketə daxil olmayan xidmətlər təklif olunur və müxtəlif həkimlərin yanına göndərilər. Belə olan halda xəstənin ödədiyi məbləğ 300-400 AZN-ə qədər gəlib çıxır.
Mövzu ilə bağlı "Atlas klinikasına müraciət etdik. Klinikanın rəhbərliyi ilə danışmaq mümkün olmasa da, özünü səlahiyyətli şəxs kimi tanıdan əməkdaşın sözlərinə görə, sözügedən şikayət araşdırılıb:
"Biz heç kimi məcbur analizlərə yönləndirmirik. Vətəndaşın səhhətində problem ortaya çıxırsa ona müayinə olunması üçün təklif veririk. Əgər o həkim qəbulunda olursa bu zaman ödəniş alınır. Burada vətəndaşa da məlumat verilib. O da özü həkim qəbullarında olub. Ona görə ödəniş siz dediyiniz qədərdir. Ancaq məsələni bu cür həll etmək olmaz. Biz şikayətçini klinikaya dəvət edirik. Buyurub gəlsinlər, məsələni araşdıraq.