Bərdənin Qarayusifli kənd sakini 1980-ci il təvəllüdlü Ramil Səmədov ağır xəstəlikdən əziyyət çəkir.
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, ailənin maddi durumu olduqca acınacaqlıdır: "Kənd camaatı pul yığıb onu əməliyyat etdiriblər. Ramil həkimlərin yanlış diaqnozu nəticəsində ağır duruma düşüb. Onun ayaqlarında çürümə gedir. Həyat yoldaşı günü 7 manata tarlada çalışır. Bu isə körpəsi olan ailənin yeməyinə bəs etmir. Ramil təcili müalicə olunmalıdır. İmkanlı şəxslərdən ona dəstək olmalarını xahiş edirik.