Bakının Yasamal rayonunda minik avtomobili gənc oğlanı vuraraq xəsarət yetirib.

Unikal.org report-a   istinadən xəbər verir ki, 2-ci Alatava adlanan ərazidə yol kənarı ilə hərəkət edən 1992-ci il təvəllüdlü Rzayev Əli Məhəmməd oğlunu "Lexus" markalı minik avtomobili vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.