"Gazelli kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova unikal.org-a bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.