Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.
Unikal.org Trend-ə istinadən bildirir ki, dünən axşam saatlarında Salyanda 2 maşının toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Biləsuvarda "KAMAZ" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralı əməliyyat edilib, onun vəziyyəti ağırdır.