Gazelli Group şirkəti ötən gün baş vermiş yanğınla bağlı açıqlama yayıb.
Şirkətdən unikal.org-a daxil olan xəbərdə bildirilir ki, dünən saat 15:00 radələrində quruma məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş verib. Bildirilir ki, hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilib, əraziyə Fövqəladə Hallar Nazirliinin Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb olunub: "Təxminən bir saat ərzində yanğın tamamı ilə söndürülüb. Qeyd etmək istəyirik ki, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub. Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maaddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcək. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb.