Bakı şəhəri, Nəsimi rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən şəxsin adı açıqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, özünü öldürən şəxsin 1986-cı il təvəllüdlü Nuri Mirzəyevdir.

Qeyd edək ki, hadisə Mirəli Qaşqay küçəsindəki binalardan birində baş verib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.