Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb.
Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:
"Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar.
Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, "nazirlikdə bu barədə məlumat yoxdur, -deyə bildiriblər.
Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən təcili yardım maşınında qəzaya uğrayıblar.