Bakının mərkəzi küçəsində sərnişin avtobusu piyadanı vurub. 

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın "Beşmərtəbə" adlanan ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, hadisə şahidlərinin sözlərinə görə, yolu piyadaların keçməsi üçün qadağan edilən yerdən keçmək istəyən piyada Piriyev Elxan Eynulla oğlunu naməlum minik avtomobili vurub. 

Daha sonra piyada yolda saat 30/km surətlə hərəkət edən avtobusa dəyərək yerə yıxılıb.