Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib.

Unikl.org report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb.
Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.
Məlumata görə, qadının həyat yoldaşı hadisədən sonra əsəbiləşərək şöbənin bir neçə pəncərəsini sındırıb. 

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.