Bu gün Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Unikal.org-un məlumatına görə, keçirilən aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər. Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərləri çıxış ediblər. 

C. Həsənli çıxışında növbəti mitinqin vaxtını da açıqlayıb. O, bildirib ki, Milli Şura növbəti mitinqi oktyabrın 7-də saat 15:00-da keçirməyi planlaşdırır.

İki saat davam edən aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

xxx

Milli Şuranın mitinqi başlayıb.

Unikal.org xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul stadionunda keçirilir.

Günlərlə təbliğat aparılmasına baxmayaraq, mitinqə 100-150 nəfər adam gəlib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və  Milli Şuranın sədri Cəmil Həsənli mitinqə yarım saat gec gəlib.