Bakı Apelyasiya Məhkəməsinin hakimi Mehti Əsədov vəfat edib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, M. Əsədov 56 yaşında dünyasını dəyişib.
O, 2008-ci ildən etibarən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. M. Əsədov həmçinin Mülki kollegiyanın sədri vəzifəsini icra edib.
Mərhum indiyədək Bakı Şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsində iclas katibi, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi vəzifələrini tutub.