"Baş Prokurorluq tərəfindən cari ilin 9 ayı ərzində 216 vəzifəli şəxs barəsində 156 iş məhkəmə orqanlarına göndərilib".
Unikal.org-un məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror deyib ki, hazırda Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin icraatında 113 cinayət işi istintaq olunur.
Z. Qaralov bildirib ki, ötən dövrdə qəsdən adam öldürmə, mülkiyyət əleyhinə cinayətlər və yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər azalıb.